Skip to main content

Azərbaycan: İşgəncə iddialarının araşdırılmaması məhkəmənin ədalətini sual altına qoyur.

Hökmə xitam verilməli və həbsolunan din alimi, siyasi fəal və digərləri azadlığa buraxılmalıdır.

"Human Right Watch" (HRW) beynəlxalq insan haqları təşkilatının yaydlğı bəyanatda deyilir ki, Azərbaycan hökuməti tanınmış din xadimi və aparıcı siyasi müxalifət fəalı da daxil olmaqla, 18 nəfərin barəsində 25 yanvar 2017 tarixli yanlış hökmə xitam verməli və onları dərhal azadlığa buraxılmalıdır.

 Bildirilir ki, həbs olunanlardan 17-i iddia edib ki, polis onlarla qəddar rəftar edib, zorla başqalarına qarşı ifadə verməyə məcbur edibdir. Bir siyasi fəal isə Facebook sosial şəbəkəsində hökuməti tənqid etdiyinə görə hökumətin hədəfinə tuş gələrək həbs olunub.

"Azərbaycan hökuməti azadlıqdan məhrum olunan 17 nəfərin işgəncələrə məruz qalması barədə iddialarını bütünlükdə qulaqardına vurub və araşdırmayıb. İşgəncələr nəticəsində əldə olunan dəlillər fundamental insan hüquqlarını ciddi şəkildə pozur və buna əsla imkan vermək olmaz. Hökumət üzərnə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq hərəkət etməli, bu hökmləri ləğv etməli və onları azad etməlidir", deyə HRW təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor əvəzi Jane Buchanan bildirib.

Həbs olunanların çoxu 26 noyabr 2015-cı il tarixində hökumətin siyasətini tənqid edən və Bakının dini mühafizəkar kəndlərindən biri olan Nardaranda polisin keçirdiyi reyd nəticəsində saxlanılanlardır. Bu reyd qeyri-aydın və şübhəli bir şəraitdə zorakılıqla müşaiət olunub və nəticədə 2 polis və 7 mülki vətəndaş həlak olub. Məhkum olunanlar arasında din alimi və Müsəlman Birliyi ictimai hərəkatının rəhbəri Taleh Bağırov da var.

Həmin şəxslərin vəkilləri bildiriblər ki, onlar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCQMİ) əməkdaşları tərəfindən döyülmüş, hədələnmiş və elektroşoka məruz qalmışlar. Həbsolunanlar bildiriblər ki, MCQMİ-yə aparıldıqları maşında  çoxlu sayda polis onları avtomatın qundağı və rezin dəyənəklə döymüş və tapdalamışdır. Onları polis idarəsinə gətirən kimi başlarına torba keçirilmiş, qolları bağlamış, onları cinsiyyət orqanları da daxil ayaqlarının altına vurmaqla dəyənəklərlə döymüşlər. Bəzi məhkumların dediyinə görə onların bədənlərinin müxtəlif yerləri və cinsiyyət orqanları elektroşoka məruz qalmışdır. Bəzi məhkumlar bildiriblər ki, onları arvadlarının və bacılarının zorlanacağı ilə hədələyiblər.

Polislər zorla həbsolunanları cinayəti boyunlarına almağa və başqalarına qarşı ifadə verməyə məcbur etmişdir.  Taleh Bağırovun dediyinə görə ondan AXCP sədri və Milli Şura sədrinə qarşı ifadə almaq üçün təzyiq edilmişdir. Human Right Watch əlavə edir ki, çox güman bu təzyiq siyasi müxalifətin Nardaran hadisələri ilə əlaqələndirilməsi üçün edilmişdir.

Bəyatanda o da qeyd olunur ki, həbs edilənlərin əksəriyyəti bədən xəsarətləri alıblar. Bağırovun burnu sındırılıb. Vəkillərin dediyinə görə, onlar təcridxananın özündə tibb müayinəsindən keçiblər və həkim xəsarətlərin döyülmə nəticəsində yarandığını sənədləşdirib. Buna baxmayaraq bu fakt hakimiyyət orqanları tərəfindən araşdırılmayıb. Döyülənlərin heç birinə tibbi yardım edilməyib.

Daxili İşlər Nazirliyi Bağırovun öz vəkili ilə görüşməsinə bir aydan çox icazə verməyib.  Həmin vaxt, Bağırov üzləşdiyi döyülmə ilə bağlı məhkəməyə şikayət versə də, böyük təzyiqlər səbəbindən az sonra şikayətini geri götürüb. Müttəhimlərə 8 ay müddətində - 2016-cı ilin iyul ayında başlayan məhkəmələrinədək vəkil xidmətinə çıxış verilməyib.

İyul ayında məhkəmədə ilkin dinləmələr zamanı Bağırov və başqaları polisin pis rəftarı haqda  geniş danışıblar. Avqust ayında prokurorluq bu iddialar ilə bağlı araşdırma başlatsa da, bu hərtərəfli araşdırma olmayıb. Prokurorluq tibbi yoxlama keçirilməsi barədə göstəriş versə də, vəkillər bildirib ki, bu çox səthi olub və həbsolunanların aldıqları yaraların sənəddləşməsi üçün çox gecikmiş qərar olub. İstintaq əvvəlki tibbi müayinələrin sənədləşdirdiyi yaralarla bağlı məsələri araşdırmayıb və ya onların döyülmələrlə bağlı məhkəmədə verdikləri ifadələr nəzərə alınmayıb.

Prokurorluq orqanları dəlil olamdığını iddia edərək sentyabrın sonlarında araşdırmaları bağladığını eln edib.

Məhkəmənin qərarı ilə Bağırov çoxsaylı ittihamlar ilə, o cümlədən terrorizm, zorla hakimiyyəti ələ keçirmək cəhdi, qanunsuz odlu silah saxlama, və adam öldürmək kimi ittihamlar əsasında 20 il həbs cəzasına məhkum edilibdir. Digər 16 nəfər isə qətl, terrorizm, dini nifrətə təhrik, kütləvi iğtişaşların təşkili və qanunsuz silah saxlamaq kimi müxtəlif ittihamlar əsasında 10 və 20 il müddət arasında azadlıqdan məhrum edilibdir.

Saxlanılan hər hansı şəxsə qarşı işgəncə və pis rəftarı qəti şəkildə qadağan edən BMT-nin İşgəncələrə Qarşı Konvensiyası və Avropa İnsan Haqları Konvensiyası da daxil olmaqla insan hüquqları ilə bağlı bir çox müqavilələrə Azərbaycan höküməti qoşulub. Ölkənin öhdəlikləri sırasına  pis rəftarla bağlı bütün iddiaların tez və səmərəli araşdıılrması, qurbanlara kompensasiya da daxil olmaqla səmərəli vasitələrin təmin olunması, və işgəncə yolu ilə əldə olunan sübutların rədd edilməsi daxildir. İşgəncə verən adamla bağlı səmərəli araşdırmanın təmin olunması da bu öhdəliklərə daxildir.

Məhkəmə həm də tanınmış siyasi fəal və AXCP sədrinin müavini Fuad Qəhrəmanlını Facebook sosial şəbəkəsində hökuməti və Nardaranda polislərin davranışlarını tənqid etdiyinə görə 10 il azadlıqdan məhrum edilib. Ona qarşı kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə, dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə, dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə kimi ittihamlarda günahlandırlıb.

Qəhrəmanlının onlayn platformada hökuməti tənqid etməyi Avropa İnsan Hüquqları Məhkəməsinin demokratik cəmiyyətin əsas sütünlarından biri hesab etdiyi və siyasi çıxışın tərkib hissəsi olan söz azadlığı çərçivəsində qorunur. Söz azadlığı hüququndan istifadə etdiyinə görə Qəhrəmanlının 10 il müddətinə məhkum edilməsi Azərbaycanın beynəlxalq öhdəliklərinə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin 10-cü maddəsinə (söz azadlığı) ziddir. Jurnalist Eynulla Fətullayevin qanunsuz məhkum olunması ilə bağlı məsələdə Avropa Məhkəməsi əvvəlki qərarlarında tələb etmişdir ki, Fətullayevin dərhal azad olunmasını təmin etməklə ədalətsiz məhkum olunmalardan doğan söz azadlığı pozuntularına Azərbaycan hğkuməti son verməlidir.

Qəhrəmanlı dərhal azad olunmalı, onun barəsində cinayət işinə xitam verilməlidir, deyə Human Rights Watch bildirib.

2015-ci ilin dekabrında prokurorluq Qəhrəmanlını şahid qismində Taleh Bağırov və Nardaran hadisələri üzrə təqsirli bilinən digərlərinin işi üzrə sorğu-sual üçün istintaqa dəvət edib. Lakin, Qəhrəmanlı rəsmi çağırış olmadan getməkdən imtina etdikdə, polis zorla onu  sorğu-sual etmək üçün evindən aparıb. Bir neçə saatlıq dindirmədən  sonra, məhkəmə onun barəsində həbs qəti imkan tədbiri seçərək həbs edib.

Human Right Watch xatırladır ki, hakimiyyət son illərdə bir çox AXCP fəallarını müxtəlif inzibati hüquqpozma və cinayət işi üzrə ittihamları ilə həbs və məhkum edib. Hazırda 11 nəfər AXCP fəalı ya istintaq altında həbsdə ya da azadlıqdan məhrum edilibdir. Onların cəzalandırılmasına səbəb onların  hökumətı tənqid etməsinə cavab olaraq hökumətin atdığı addımdır. Təkcə 2016-cı ildə ən azı 20 AXCP fəalı saxlanıb və 30  gün müddətinə azadlıqdan məhrum edilib.

Təbii resursların inkişafında hökumətlərin şəffaflığını təşviq edən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (EİTİ) üzrə yerli QHT koalsiyasında Qəhrəmanlı fəal üzvlərdən biri olubdur. Həbsindən əvvəl Qəhrəmanlı bu qrupun yerli Koalisiya Şurasındakı 10 məsul şəxsdən biri olub. 2015-ci ilin aprel ayında təbii resursların inkişafında hökumətlərin şəffaflığını təşviq edən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (EİTİ) təşkilatı Azərbaycanın qrupdakı statusunu aşağı salıb və buna səbəb, müstəqil qruplara qarşı qarşı edilən təzyiqlər olub.  Hazırda Azərbaycan EİTİ-ın monitorinqi altındadır.

Tale Bağırzadə və Fuad Qəhrəmanlını əvvəllər də qondarma ittihamlarla məhkum edilibdir. Bağırov 2013-cü ilin martında, hökümətin siyasətini məsciddə sərt tənqid edən moizəsindən bir həftə sonra, saxta narkotik ittihamı üzrə günahlandırılaraq 2 il azadlıqdan məhrum edilib. O, 2015-ci ildə azad edilib.  Qəhrəmanlı 2011-ci ilin aprel ayında hökümətə qarşı etiraz mitinqlərində iştirak etdiyinə görə saxlanılaraq ona qanunsuz aksiya təşkilində günahlandırılaraq 2 il şərti cəza verilib.   

“Hökumət Qəhrəmanlının söz azadlığından istifadə etdiyinə görə həbs olunmasına imkan verməməli və dərhal onu azad etməlidir. Qəhrəmanlnın Facebook statusunun sərt olması hökumətdəki bəzilərinin xoşuna gəlməyə bilər, amma buna görə onun həbsə atılması insan hüquqlarının və qanunun aliliyinin kobud pozuntusudur. Belə bir həbs digər sosial media fəallarının tənqidi fikirlərini boğmağa yönəlib”, deyə Buchanan bildirib.

Your tax deductible gift can help stop human rights violations and save lives around the world.

Region / Country
Topic